IMG-LOGO

Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb

19 Mar 2026 10:17 4 baxış
IMG

Səudiyyə Ərəbistanının "Samref" neft emalı zavodu (NEZ) hava hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hücum nəticəsində dəymiş ziyanın cüzi olduğu bildirilir.

Xatırladaq ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki bir neçə neft obyektinin əməkdaşlarının, o cümlədən "Samref" NEZ-in işçi heyətinin təxliyəsinə çağırıb.

Qeyd edək ki, "Samref" NEZ "Saudi Aramco" və "Exxon Mobil" şirkətlərinin birgə müəssisəsidir. Bu liman hazırda Səudiyyə Ərəbistanı neftinin ixracı üçün yeganə məntəqədir.

Xəbər lenti