Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura bu gün yekun vurulacaq.
"Report" xəbər verir ki, son olaraq bir qarşılaşma keçiriləcək.
"Abşeron" komandası "Gəncə"nin qonağı olacaq.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.
Xatırladaq ki, daha əvvəl "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" "Milli Aviasiya Akademiyası"nı 3:2, "Turan" "Murov Az Terminal"ı 3:1 hesabı ilə məğlub edib.