19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
U-19 martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.
B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-19-un heyəti və oyunlarının təqvimi:
N. Ad / Soyad Klub 1 Məhdi Həsənov Neftçi 2 Rauf Əyyubov Sabah 3 Həzrət Səmədov Sabah 4 Murad Qurbanov Zirə 5 Məhəmmədəli Məmmədov Turan Tovuz 6 Tuncay Əhmədov Sabah 7 Tunar Muradov Turan Tovuz 8 Əhməd Vəliyev Qarabağ 9 Nadir Nəsibli MOİK 10 İlkin Həzizadə Sumqayıt 11 Əli Qazibəyov Qarabağ 12 Abdulaziz Cabbarlı Qarabağ 13 İbrahim Babayev Barselona 14 Nurlan Zeynallı Sumqayıt 15 Vusal Kərimov Neftçi 16 Nicat Məhərrəmov Neftçi 17 Əli Əliyev Qarabağ 18 İslam Həsənov Qrafiçar (Serbiya) 19 Əli İbrahim Qarabağ 20 Nicat Nərimanov Brommapoykarna İF (İsveç)25 mart
20:00. Azərbaycan (U-19) – Litva (U-19)
Kaunas, "Raudondvario" stadionu
28 mart
17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)
Kaunas, "Raudondvario" stadionu