IMG-LOGO

Tramp yanacaq qiymətlərini aşağı salmaq üçün dəniz daşımaları qanununun qüvvəsini dayandırıb

19 Mar 2026 00:14 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp ölkə limanları arasında dəniz yük daşımalarının yalnız Amerika gəmiçilik şirkətləri tərəfindən həyata keçirilməsinə icazə verən qanunun qüvvəsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində bildirib.

"Bu qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başladıqdan sonra kəskin artmağa başlayan yanacaq qiymətlərinin ABŞ-də ucuzlaşmasına nail olmaq cəhdi məqsədilə qəbul edilib", - o dəqiqləşdirib.

Levitt qeyd edib ki, Tramp sözügedən qanunun qüvvəsini iki ay müddətinə dayandırıb: "Prezident Trampın "Cons Qanunu"nun qüvvəsini 60 gün müddətinə dayandırmaq qərarı neft bazarındakı fasilələrin aradan qaldırılması istiqamətində daha bir addımdır", - deyə o yazıb.

Bununla yanaşı, Levitt qeyd edib ki, belə fasilələr qısamüddətli olacaq. Onun sözlərinə görə, bu addım neft, təbii qaz, gübrə və kömür kimi əsas resursların ABŞ limanlarına sərbəst daşınmasını təmin etməyə imkan verəcək.

Xəbər lenti