IMG-LOGO

UEFA Avropa Liqası: 1/4 finala yüksələn ilk komanda bəlli olub

18 Mar 2026 21:21 5 baxış
IMG

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

"Report"un məlumatına görə, evdə Macarıstanın "Ferentsvaroş" kollektivini qəbul edən Portuqaliya təmsilçisi "Braqa" 4:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

İlk matçda "Ferentsvaroş" rəqibini üstələmişdi - 2:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

Xəbər lenti