IMG-LOGO

Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər

18 Mar 2026 20:22 2 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze mövsümün sonunda komandasını dəyişə bilər.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.

Onun agenti İtaliyanın "Yuventus" komandasına futbolçusunun yay "transfer pəncərəsi"ndə əlçatan olacağını bildirib.

24 yaşlı niderlandlı forvard cari mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlər daxil olmaqla 20 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Mançester Yunayted" futbolçunu 2024-cü ilin yayında "Bolonya"dan (İtaliya) 42,5 milyon avroya transfer edib.

Xəbər lenti