IMG-LOGO

Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər

18 Mar 2026 19:55 4 baxış
IMG

NATO ölkələri Hörmüz boğazının açılması variantlarını müzakirə edirlər.

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edirlər", - o deyib.

NATO-nun rəhbəri təfərrüatları açıqlamayıb və təşkilata üzv ölkələrin münaqişə zonasına gəmilər göndərib-göndərməyəcəyini qeyd etməyib.

Xatırladaq ki, martın 16-da Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Hörmüz boğazına bir neçə gəmi göndərmək təkliflərini rədd ediblər.

Xəbər lenti