IMG-LOGO

Dilimlənmiş çörək almayın - SƏBƏB

18 Mar 2026 18:55 3 baxış
IMG
0 0

Dilimlənmiş çörək çox rahat görünür, lakin belə məhsul adətən daha tez xarab olur, daha çox əlavə maddələr ehtiva edir və bəzən zərərli bakteriyaların yaranması üçün daha uyğun mühit yarada bilər. Lakin məsələ bununla da bitmir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun səbəbini onun daha tez quruması ilə izah edirlər. 

Belə ki, çörək dilimləndikdən sonra onun havayla təmas sahəsi xeyli artır. Hər kəsik nəmliyin daha tez itirilməsinə səbəb olur və nəticədə dilimlər daha tez quruyur, yumşaqlığını və ətirini itirir. Bütöv çörək isə içindəki rütubəti daha uzun müddət saxlayır, çünki iç hissə qabıq tərəfindən qorunur.

Çörəyin xoş ətri onun iç hissəsində saxlanan uçucu maddələr sayəsində yaranır. Mexaniki dilimlənmədən sonra bu maddələr açıq məsamələr vasitəsilə daha tez buxarlanır. Nəticədə bir neçə saatdan sonra çörəyin dadı və ətri daha zəif hiss olunur.

Bu isə o demək deyil ki, dilimlənmiş çörək özlüyündə zərərlidir. Lakin təbii tərkib, daha uzun müddət təzə qalma və minimum əlavələr sizin üçün vacibdirsə, bəzən bütöv çörək almaq və onu istifadə etməzdən əvvəl özünüz dilimləmək daha yaxşı seçim ola bilər.  

çörək dilimlənmiş çörək kiflənmə səbəbi

Xəbər lenti