Görünür, Hollivudun ən arzulanan subaylarından biri olan Leonardo Di Kaprio münasibətlərə baxışını ciddi şəkildə dəyişir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyor sevgilisi model Vittoriya Çeretti ilə uzunmüddətli gələcək planlaşdırır.
Cütlük 98-ci "Oskar" mükafatlandırma mərasimində diqqətləri üzərinə çəkib. Di Kaprio tədbirə Çeretti ilə birlikdə qatılıb. Bu, onların 2023-cü ildə başlayan münasibətlərindən bəri birgə qatıldıqları ilk rəsmi tədbir olub. Onlar qırmızı xalçada birlikdə poza verməsələr də, mərasimdə bir yerdə görünmələri artıq ciddi bir siqnal kimi qəbul edilib.
"Bu münasibətlər digərlərindən fərqlidir, daha ciddidir. Leo ona həqiqətən dəyər verir. Bəlkə, hələlik toy haqqında düşünmürlər, lakin o, ilk dəfədir ki, ciddi bir gələcəyə açıqdır", - insayderlər bildirir.
Mənbənin sözlərinə görə, aktyorun xüsusilə Vittoriyanın müstəqilliyindən xoşu gəlir: modelin öz rəngarəng həyatı var və o, Di Kaprionun sıx çəkiliş qrafikinə anlayışla yanaşır. Bundan əlavə, Di Kaprionun dostları qeyd edirlər ki, o, əvvəlki münasibətləri ilə müqayisədə hisslərini büruzə verməkdə daha açıq davranmağa başlayıb.
Di Kaprio və Çeretti arasındakı sevgi macərası 2023-cü ilin avqustunda onların ilk dəfə Santa-Barbarada gəzinti zamanı görüntülənməsi ilə başlayıb. Daha sonra model Los-Ancelesdəki film premyerasında aktyoru müşayiət edib, həmçinin press-tur çərçivəsində onunla birlikdə Nyu-Yorka səyahət edib.
Leonardo Di Kaprio Oskar Hollivud maqazin