ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılması ehtimalını istisna etmir.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə söhbətində deyib.
"Bu, nəzərdən keçirilən fəaliyyət variantlarından biridir. Amma mən bu barədə şərh verməyəcəyəm və ya bu fəaliyyət variantını istisna etməyəcəyəm. Gələcək hər hansı fəaliyyət variantları ilə bağlı proqnozlar verməyəcəyəm və ya onları istisna etməyəcəyəm", - ABŞ liderinin nümayəndəsi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 13-də bildirib ki, Vaşinqton İrandakı nüvə materiallarına aid hər hansı hərbi əməliyyatlar keçirmək niyyətində deyil. Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ diqqətini qətiyyən ona yönəltmir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.