IMG-LOGO

Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar beş gün müddətinə dayandırılır

18 Mar 2026 19:02 5 baxış
IMG

Pakistan İd əl-Fitr bayramı ilə əlaqədar olaraq Əfqanıstana qarşı hərbi əməliyyatı beş gün müddətinə dayandırır.

"Report" xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində bildirib.

"Qarşıdan gələn İd əl-Fitr İslam bayramı ərəfəsində Pakistan hökuməti öz təşəbbüsü, eləcə də qardaş İslam ölkələri - Səudiyyə Ərəbistanı Krallığı, Qətər və Türkiyənin xahişi ilə Əfqanıstanda terrorçulara və onların dəstək infrastrukturuna qarşı davam edən "Qəzəb-lil-həqq" əməliyyatının müvəqqəti dayandırıldığını elan etmək qərarına gəlib", - bəyanatda bildirilib.

Həmçinin, qeyd olunub ki, bu rejim 2026-cı il martın 18-dən 19-na keçən gecə yarısından martın 23-dən 24-nə keçən gecə yarısınadək qüvvədə olacaq.

"Pakistan bu addımı vicdanla və İslam normalarına uyğun olaraq atır. Lakin hər hansı transsərhəd hücum, pilotsuz aparatların hücumu və ya Pakistan ərazisində baş verən hər hansı terror hadisəsi halında "Qəzəb-lil-həqq" əməliyyatı dərhal yeni intensivliklə bərpa olunacaq", - bəyanatda bildirilib.

Xəbər lenti