Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:20-də, iftar vaxtı saat 19:06-dır.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi doqquzuncu gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah"!
Allah orucunuzu qəbul etsin!
Ramazan ayı dualar Ramazan ayının iyirmi doqquzuncu gününün duası