IMG-LOGO

Azərbaycanda iki ayda 43 min tona yaxın karbamid istehsal olunub

18 Mar 2026 17:34 5 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 50,7 % azdır.

Bu ilin martın 1-nə 15,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Xəbər lenti