IMG-LOGO

Andrey Demçenko: "Qarşımıza son iki oyunda 6 xal qazanmaq məqsədi qoyulmuşdu"

18 Mar 2026 17:43 5 baxış
IMG

"Araz-Naxçıvan" komandasının qarşısına son iki oyunda 6 xal qazanmaq məqsədi qoyulub.

"Report" xəbər verir ki, bunu adıçəkilən kollektivin baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının XXV turunda "Şamaxı" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra mətbuat konfransında deyib.

O, futbolçuların tapşırıqları yerinə yetirdiyini bildirib:

"Bizim qarşımıza qoyulan məqsəd son iki oyunda 6 xal qazanmaq idi və buna nail olduq. Komandanı bu tapşırığın öhdəsindən gəldiyi üçün təbrik edirəm. Oyun məndə qarışıq təəssüratlar oyatdı. Birinci hissədə təşəbbüsə sahib idik, qol imkanları yaratdıq. Amma ikinci hissə xoş təsir bağışlamadı. Rəqib uzun ötürmələrə üstünlük verdi və bizdə müəyyən problemlər yarandı. Matçın sonunda qol buraxıb heç-heçə də edə bilərdik. Bununla belə, müdafiədə yaxşı oynadıq və rəqibin yüzfaizlik epizodlarda fərqlənməsinə imkan vermədik. Komandanın formalaşması üçün belə görüşlərdə qələbə vacibdir".

Xəbər lenti