IMG-LOGO

Qətər İsrailin "Cənubi Pars"a zərbələrini təhlükəli və məsuliyyətsiz addım adlandırıb

18 Mar 2026 17:48 4 baxış
IMG

Qətər İsrailin "Cənubi Pars" yatağı ilə bağlı obyektlərə endirdiyi zərbəni Yaxın Şərqdə davam edən gərginlik fonunda təhlükəli və məsuliyyətsiz addım adlandırıb.

"Report"un məlumatına görə, Qətər XİN-in nümayəndəsi Məcid Əl Ənsari belə bəyanatla "X" sosial şəbəkəsində çıxış edib.

O, tərəfləri kritik infrastruktur obyektlərinə hücumlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, enerji infrastrukturuna məqsədyönlü zərbələr qlobal enerji təhlükəsizliyinə, eləcə də regionun əhalisinə və ətraf mühitə təhlükə yaradır.

"Biz həyati əhəmiyyətli obyektlərə hücumlardan çəkinməyin vacibliyini bir daha vurğulayır, bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa riayət etməyə və regionda təhlükəsizliyi və sabitliyi qoruyacaq şəkildə gərginliyi azaltmağa çağırırıq", - nümayəndə qeyd edib.

Xəbər lenti