IMG-LOGO

"Fənərbağça"nın keçmiş prezidentinin şirkəti Azərbaycanda filialını yaradıb

18 Mar 2026 14:14 3 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dearsan Gemi İnşaat Sanayi Anonim Şirkəti"nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 17-ci km, qanuni təmsilçisi isə Türkiyənin "Fənərbağça" futbol klubunun keçmiş prezidenti Aziz Yıldırımın qızı Hande Yıldırım Gamgamdır.

Xatırladaq ki, "Dearsan Gemi İnşaat Sanayi" 1980-ci ildə yaradılıb, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət hərbi və mülki gəmilər inşa edir. Onun sahibi elə A.Yıldırımdır.

Xəbər lenti