IMG-LOGO

"South Caucasus Pipeline Holding Company Limited" Azərbaycanda filialını yaradıb

18 Mar 2026 14:37 4 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "South Caucasus Pipeline Holding Company Limited"in Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153, qanuni təmsilçisi isə Polad Sabir oğlu Rüstəmovdur.

P.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Midstream Gas Operations" MMC-nin icraçı direktorudur. O, bundan əvvəl SOCAR-da vitse-prezidentin müavini, eləcə də "TANAP Natural Gas Transmission Company"də və BP-də müxtəlif vəzifələrdə çalışıb.

Xəbər lenti