IMG-LOGO

Azərbaycan şirkəti nizamnamə kapitalını azaldır

18 Mar 2026 14:42 3 baxış
IMG

"Chelebı" MMC nizamnamə kapitalını 63 min manat və yaxud 1,4 % azaldaraq 4,645 milyon manatdan 4,582 milyon manata endirdiyini elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 151 ünvana bildirə bilərlər.

Xəbər lenti