IMG-LOGO

"Seltik"in qapıçısı Kasper Şmeyxel zədə səbəbindən karyerasını bitirə bilər

18 Mar 2026 13:19 3 baxış
IMG

Şotlandiyanın "Seltik" klubunun qapıçısı Kasper Şmeyxel karyerasını bitirmək təhlükəsi ilə üz-üzə qalıb.

"Report" "CBS Sports"a istinadən xəbər verir ki, təcrübəli qolkiper çiynindən ciddi zədə alıb.

Danimarkalı qapıçının biseps əzələsinin qopması, rotator manjetin yırtılması və çiyin çıxığı səbəbindən iki dəfə əməliyyat olunacağı gözlənilir. İlkin proqnozlara görə, bərpa prosesi 10-12 ay davam edəcək.

Məşhur danimarkalı qapıçı Peter Şmeyxelin oğlu zədənin ağırlığı və yaşı ilə əlaqədar bir daha yaşıl meydanlara qayıda bilməyəcəyini etiraf edib. 39 yaşlı qapıçı həmçinin bildirib ki, hələ ötən mövsümdən bəri kəskin ağrılara dözərək zədəli halda oynayıb və indi bunun acısını çəkir.

Qeyd edək ki, Kasper Şmeyxel karyerası ərzində "Lester", "Mançester Siti" (hər ikisi İngiltərə) və digər tanınmış klublarda çıxış edib. O, Danimarka millisinin heyətində AVRO-2020-nin yarımfinalına yüksəlib.

Xəbər lenti