Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Xəzər RETSİ-də təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsi Güney Azərbaycan, Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.