IMG-LOGO

İranda İsrailə casusluq etməkdə ittiham olunan şəxs edam olunub

18 Mar 2026 08:50 4 baxış
IMG

İranda İsrailə casusluq etməkdə ittiham olunan şəxs edam olunub.

"Report" xəbər verir ki, bu barədə ölkənin məhkəmə sistemi ilə əlaqəli olan "Mizan" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, edam edilən şəxsin adı Kuroş Keyvani olub.

Məhkəmə onu İsrail kəşfiyyat xidməti "Mossad"a İrandakı gizli yerlər haqqında fotoşəkillər və məlumatlar ötürməkdə günahkar bilib.

Xatırladaq ki, rəsmi Tehran və Təl-Əviv arasında uzun müddətdir davam edən qarşıdurma fonunda İran hakimiyyəti "Mossad"la əlaqədə olmaqda və ölkə daxilində İsrail kəşfiyyat əməliyyatlarına kömək etməkdə ittiham olunan şəxslərə qarşı dəfələrlə ölüm hökmləri çıxarıb.

Xəbər lenti