IMG-LOGO

Meksikada neft emalı zavodunda baş verən yanğında beş nəfər ölüb

18 Mar 2026 05:17 3 baxış
IMG

Meksikadakı Olmeca neft emalı zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Meksikanın dövlətə məxsus neft və qaz şirkəti Petróleos Mexicanos (Pemex) məlumat verib.

Şirkətin açıqlamasında deyilib ki, güclü yağışlar nəticəsində yağlı sular Olmeca neft emalı zavodunun xaricinə tökülüb, orada yığılıb və sonradan alovlanıb.

Ölənlər arasında şirkət işçilərindən biri də var, yaralılara isə lazımi tibbi yardım göstərilir. Şirkət qeyd edib ki, hazırda vəziyyət nəzarət altındadır, əhali və ya işçilər üçün heç bir təhlükə yoxdur.

Xəbər lenti