"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Lent.az xəbər verir ki, ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk oyunu martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.
Qeyd edək ki, "Qarabağ"la "Bayer" Avropa Liqasının qrup mərhələsində bir qrupda mübarizə aparıblar.
Mənbə: lent.az