IMG-LOGO

Bu marşrut xəttinin avtobusları yenilənir

31 Jul 2026 12:51 3 baxış
IMG
1 0

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 saylı marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 saylı marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu “İveco” markalı avtobuslarla əvəz ediləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 60 qəpik müəyyən edilib.

avtobus

Mənbə: lent.az

Xəbər lenti