IMG-LOGO

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

21 Jan 2026 19:53 3 baxış
IMG

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin Türkiyədə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.

Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanla Türkiyənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.

Xəbər lenti