Salvador Konqresi dünən prezident Nayib Bukele hökumətinin cinayətkar dəstələrə qarşı davam edən basqıları fonunda qətl, təcavüz və terrorizm də daxil olmaqla ittihamlara ömürlük həbs cəzası verən Konstitusiya düzəlişini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bunda başqa Salvador məhkəmələri əvvəllər 100 ildən çox müddətə azadlıqdan məhrum etmə cəzası təyin etsələr də, yeni qanun faktiki həbs müddətini 60 ilə məhdudlaşdırıb.
Qeyd etmək lazımdır ki, Konstitusiya düzəlişi bir qrup beynəlxalq hüquqşünas ölkədə fövqəladə vəziyyət şəraitində insanlığa qarşı cinayətlərin törədildiyi barədə əsasların olduğunu bildirdikdən bir həftə sonra qəbul edilib.