İrandan atılan raket nəticəsində Tel-Əvivin şərqində iki nəfər ölüb, daha biri ağır yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.
Qeyd olunub ki, faciə Ramat-Gan və Bney-Brak ərazilərində baş verib.
Məlumata görə, Ramat-Gan şəhərində həkimlər ağır qəlpə yaraları alan bir kişi və bir qadının ölümünü təsdiqləyiblər. Bney-Brakda, daha sonra ağır qol zədəsi ilə xəstəxanaya yerləşdirilən 25 yaşlı bir kişiyə tibbi yardım göstərilib.