IMG-LOGO

Çexiya və Slovakiya "Drujba"nı müzakirə edəcək

17 Mar 2026 23:21 2 baxış
IMG

Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek və Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova "Drujba" neft kəmərinin ekspertizasının keçirilməsi imkanını müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə "ČTK" agentliyi məlumat yayıb.

"Çexiyadan Slovakiyaya neftin əks tədarükünün təmin edilməsi, eləcə də boru kəmərinin Ukrayna ərazisində zədələnmə dərəcəsinin qiymətləndirilməsi üçün ekspert qrupunun yaradılmasının müzakirəsi gözlənilir", - K.Havliçek bildirib.

Qeyd olunub ki, danışıqların martın 18-də Praqada keçirilməsi planlaşdırılır.

Daha əvvəl Çexiya Rusiya zərbələri nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin hazırkı vəziyyətini araşdırmaq üçün Avropa ekspert qrupuna rəhbərlik etməyi təklif etmişdi. Yanvarın 27-dən etibarən Rusiya neftinin boru kəməri ilə Slovakiya və Macarıstana daxil olması dayanıb.

Xəbər lenti