IMG-LOGO

Türkiyə Superliqası: "Fənərbağça" evdə "Qaziantepspor"a qalib gəlib

17 Mar 2026 22:54 2 baxış
IMG

Türkiyə Superliqasının XXVII turunda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb.

"Report" xəbər verir ki, matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

İstanbul təmsilçisinin heyətində Dorqeles Nene (41, 68, 79) het-trik edib, digər qolu Nqolo Kante (59) vurub. Qonaqlardan isə Aleksandru Maksim (52) adını tabloya yazdırıb.

Qeyd edək ki, turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. 60 xalı olan "Fənərbağça" ikinci, "Trabzonspor" isə 57 xalla üçüncüdür.

Xəbər lenti