IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turu başlayıb

17 Mar 2026 21:22 3 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının müntəzəm mövsümündə sonuncu tura start verilib.

"Report" xəbər verir ki, kişilərin yarışında XVIII turun iki oyunu baş tutub.

"Neftçi" "Gənclər"i 3:0, "Ordu" isə "Murov Az Terminal"ı 3:2 hesabı ilə məğlub edib.

Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib.

Qadınların mübarizəsində "Murov Az Terminal" "Turan"ın qonağı olacaq. Tovuz Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti