IMG-LOGO

"Bizimləsən" və "Rəngarəng" verilişləri bağlanır

17 Mar 2026 20:54 3 baxış
IMG
3 0

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Lent.az Oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

bizimləsən rəngarəng

Xəbər lenti