IMG-LOGO

Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

17 Mar 2026 20:27 3 baxış
IMG

Martın 18-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı "Bağlar" hava xəttində təmir və yenidənqurma işləri aparılacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti