IMG-LOGO

AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununda da uduzub

17 Mar 2026 20:56 3 baxış
IMG

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqib komandanın 73:55 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

Xəbər lenti