IMG-LOGO

Sabirabadda mikroavtobus minik maşını ilə toqquşdu - 7 nəfər xəstəxanaya düşdü - YENİLƏNİB

17 Mar 2026 19:39 4 baxış
IMG
2 0

Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:50

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən Sabirabadda məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Hadisələr

Xəbər lenti