IMG-LOGO

Makron: Fransa Hörmüz boğazının açılması üzrə əməliyyatlarda iştirak etməyəcək

17 Mar 2026 19:26 3 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki eskalasiya fonunda ölkəsinin mövcud şəraitdə Hörmüz boğazının açılması üzrə əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

"Report" "France Info"ya istinadən xəbər verir ki, bu barədə o, martın 17-də Parisdə müdafiə və milli təhlükəsizlik şurasının iclasında deyib.

Makron bunu ölkələrə müraciət edərək onları Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üzrə tədbirləri dəstəkləməyə çağıran ABŞ Prezidenti Donald Trampın çıxışı fonunda vurğulayıb.

Eyni zamanda, Fransa lideri istisna etməyib ki, vəziyyət daha sabit olanda Paris regionda gəmilərin müşayiəti üzrə əməliyyatlara qoşula bilər.

Xəbər lenti