IMG-LOGO

SEPAH İsrail və ABŞ-nin 5 ölkədəki bazalarına raket hücumu həyata keçirib

17 Mar 2026 19:28 5 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 59-cu dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə ISNA SEPAH-a istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Təl-Əviv, Qüds şəhərləri ilə yanaşı, ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd hava bazası da hədəfə alınıb:

"ABŞ-nin Qətərdəki Əl-Udeyd, Küveytdəki "Əli-Salem", Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə, Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və İraqın Ərbil şəhərindəki bazalarına "Qədr", "İmad", "Fəttah" və "Hacı Qasem" raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib".

Xəbər lenti