Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb.
"Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bu, Livanın Səhiyyə Nazirliyinin məlumatlarında bildirilib.
"Martın 2-dən 17-dək İsrailin Livana endirdiyi zərbələr 912 nəfərin həyatına son qoyub, 2 221 nəfər isə yaralanıb. Bu eskalasiya regionda daha genişmiqyaslı ABŞ-İsrail əməliyyatının bir hissəsidir, Livanın cənubunda və Beyrutda əhalinin kütləvi yerdəyişməsi barədə xəbərlər daxil olur", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması genişmiqyaslı humanitar böhrana gətirib çıxarıb - yüz minlərlə insan məcburi olaraq evlərini tərk edir.
Daha əvvəl 886 nəfərin öldüyü bildirilmişdi.