ABŞ-nin Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Cozef Kent istefa verib.
"Report" xəbər verir ki, bu barədə Kentin ABŞ Prezidenti Donald Trampa ünvanlanmış və "X" sosial şəbəkəsində dərc edilmiş bəyanatında bildirilib.
İstefa ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda baş verib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrailə qarşı raket hücumu həyata keçirib, həmçinin Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.