IMG-LOGO

Ramazan ayının 28-ci gününün DUASI

17 Mar 2026 18:00 3 baxış
IMG
2 0

Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:21-də, iftar vaxtı saat 19:05-dir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi səkkizinci gününün iftar duasını təqdim edir: 

İftar duası: 

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".

Tərcüməsi:

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah"!

Allah orucunuzu qəbul etsin!

Ramazan ayı dualar Ramazan ayının iyirmi səkkizinci gününün duası

Xəbər lenti