Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Rumıniya, Portuqaliya daxildir.
2026-ci ilin iki ayında Azərbaycan İtaliyaya 1 milyard 142 milyon 38 min ABŞ dolları dəyərində 2 milyon 427 min 850 ton, Rumıniyaya 140 milyon 707 min ABŞ dolları dəyərində 286 min 281 ton, Portuqaliyaya 112 milyon 358 ABŞ dolları dəyərində 223 min 549 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-fevral aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:
№
Ölkələr
Miqdar (ton)
2025-ci ilin yanvar-fevral ayları ilə nisbətən
Statistik dəyər (min ABŞ dolları)
2025-ci ilin yanvar-fevral ayları ilə nisbətən
1
İtaliya
2 427 849,63
+0,5 %
1 142 037,8
-16,4 %
2
Rumıniya
286 280,92
-0,01 %
140 706,79
-14,2 %
3
Portuqaliya
223 549,41
+3,5 %
112 357,89
+3 %
4
Çexiya
169 841,63
-58,6 %
83 922,49
-62,5 %
5
Almaniya
154 729,96
-69,1 %
65 258,73
-76,4 %
6
Xorvatiya
86 166,17
-74,5 %
40 819,95
-78,3 %
7
Bolqarıstan
78 494,85
-*
37 415,05
-*
8
Tunis
61 269,98
-*
29 498,76
-*
9
Türkiyə
47 080,05
+3,2 dəfə
22 103,54
+3 dəfə
10
İndoneziya
38 554,41
-*
17 866,2
-*
Digərləri
26 490,38
x
12 421,23
x
Cəmi
3 600 307,38
-24,65
1 704 408,42
-36,2
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.