IMG-LOGO

Ukrayna Ali Radasının komitə sədri: Deputat kimi xidmətə hazır olmayanlar Vətənə başqa cür yardım etsinlər

17 Mar 2026 16:22 2 baxış
IMG

Ukrayna prezidenti parlamentin daha fəal olmağa və xalq deputatı kimi xidmət etməyə hazır olmayanları hərbi hissədə səfərbər olmaq və Vətənə başqa cür yardım etmək qərarını qəbul etməyə çağırır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının söz azadlığı üzrə komitəsinin sədri Yaroslav Yurçişin prezident Volodimir Zelenskinin parlamentdə fəal olmayan deputatların orduya səfərbər olması ilə bağlı təklifini şərh edərkən bildirib.

Onun fikrincə, prezidentin təklifində müəyyən məntiq var:

"Hazırda qanunvericilik xalq deputatının səfərbər edilməsinə icazə vermir. Ona görə də prezidentin təklifini həyata keçirmək üçün qanuna dəyişikliklər lazımdır ki, bunları da deputatların özləri səsə qoymalıdır".

Komitə sədri qeyd edib ki, hələlik bunların hamısı ideya səviyyəsindədir, konkret olaraq hələ heç bir dəyişiklik təqdim edilməyib:

"Mən çox ümid edirəm ki, bəzi həmkarlarım sadəcə öz vəzifələrini daha vicdanla yerinə yetirəcəklər və prinsipcə, Ukrayna xalqına verdikləri vədləri ölkə üçün belə bir çətin anlarda unutmayacaqlar".

Xəbər lenti