IMG-LOGO

İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

17 Mar 2026 16:49 2 baxış
IMG

2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti