Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. "Changan" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov ölüb.
Faktla bağlı araşdırma aparılır./APA
Hadisələr