Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Bu barədə Lent.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.
Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.
avtobuslarda gediş haqqı