IMG-LOGO

Moldova Dnestr SES-ə zərbəyə görə Rusiyaya etiraz notası təqdim edib

17 Mar 2026 15:33 3 baxış
IMG

Rusiyanın Kişineudakı səfiri Oleq Ozorov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə "Report" Moldova xarici siyasət idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, onun çağrılmasına səbəb Rusiyanın martın 7-də Ukraynadakı Novodnestrovski su-elektrik stansiyası kompleksinə (Dnestr SES) zərbə endirməsidir. Səfirə etiraz notası təqdim edilib.

"Moldova bu hücumu qətiyyətlə pisləyir, bu hücum Nistru çayına (keçmiş Dnestr) neftin sızmasına səbəb olaraq Moldovanın ətraf mühiti və su təchizatının təhlükəsizliyi üçün ciddi risklər yaradıb. Nistru çayı ölkə əhalisinin təxminən 80 %-ni və Kişineu bələdiyyəsinin 98 %-ni su ilə təmin edir", - bəyanatda deyilir.

Moldova XİN-dən bildirilib ki, bu cür hərəkətlər Moldova vətəndaşlarının ətraf mühitini, su təchizatının təhlükəsizliyini və sağlamlığını təhlükə altına qoyur və qəbuledilməzdir.

Xatırladaq ki, martın 12-də Rusiyanın Dnestr SES-ə növbəti hücumundan sonra texniki yağların Nistru çayına sızması baş verib. Çirklənmə Moldova ərazisinə də yayılıb.

Xəbər lenti