İraq bir sıra gəmilərinin Hörmüz boğazından keçidinin təmin edilməsi mümkünlüyü ilə bağlı İranla danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "TradeWinds" portalı İraqın neft naziri Hayyan Əbdül Qani əs-Səvada istinadən məlumat yayıb.
"Biz İraqın bəzi neft tankerlərinin keçməsinə icazə verilməsi ilə bağlı İranla danışıqlar aparırıq", - nazir bildirib.