IMG-LOGO

Zelenski Böyük Britaniyada səfərdədir

17 Mar 2026 15:43 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.

"Report" xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib.

Qeyd olunub ki, səfər zamanı Zelenski Bukinqem sarayında Kral III Çarlzla görüşəcək, daha sonra Dauninq-stritdə Baş nazir Kir Starmerlə ikitərəfli görüş keçiriləcək. Sonra onların birlikdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşü baş tutacaq.

Bundan əlavə, Zelenski Böyük Britaniya parlamentinin üzvləri qarşısında çıxış edəcək.

Xəbər lenti