IMG-LOGO

102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı

17 Mar 2026 14:58 5 baxış
IMG
0 0

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb.

Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətəndaş mövqeyinə görə təşəkkür edib və ona can sağlığı arzulayıblar. Lakin komissiya üzvlərindən biri vərdişinə görə standart arzusunu bildirib: "100 ilə qədər yaşa".

Martın 16-da Qazaxıstanda keçirilən referendumun nəticələri elan edilib. Bildirilib ki, iştirakçıların 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib.  

Referendum Qazaxıstan Konstitusiya layihəsi 102 yaşlı qadın

Xəbər lenti