Misirdə Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib.
Lent.az xəbər verir ki, S.Nəsirov 25 ildən artıqdır ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır.
O, əslən azərbaycanlı olan 250 alimin bioqrafiyasının toplandığı iki kitabın müəllifi, Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin müəllimidir. Onun elmi məqalələri və ictimai fəaliyyəti ərəb mediasında geniş işıqlandırılır.
Seymur Nəsirov 2025-ci ildə Misir prezidenti tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. O, Misirdə yaşayan əcnəbilər arasında bu ordenə layiq görülən ilk şəxsdir.
Seymur Nəsirov Azərbaycan Prezidenti tərəfindən 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Azərbaycanlı alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub