Avropa İttifaqı (Aİ) gələcəkdə Ukraynada təhlükəsizlik və sülh barədə Rusiya ilə dialoq aparmalı olacaq.
"Report" EFE-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ Şurasının sədri Antonio Koşta bildirib.
Onun sözlərinə görə, dialoq üçün vaxt hələ çatmayıb: blok Moskvaya təzyiqi gücləndirməyə və eyni zamanda Kiyevi dəstəkləməyə davam etməlidir.
A.Koşta həmçinin bildirib ki, 27 ölkə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi müharibənin dayandırılması ilə bağlı dialoqun arzuolunan nəticələri verməyəcəyi ehtimalına hazır olmalıdır.
"İndi biz Prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq istiqamətindəki səylərinin pozulmasına yol verməməliyik. Elə bir an gələ bilər ki, Prezident Tramp öz səylərini davam etdirməmək qərarına gələcək və ya onlar uğursuz nəticələnəcək. O zaman biz bu səyləri davam etdirməyə və Ukraynada ədalətli və davamlı sülhə nail olmağa çalışmağa hazır olmalı olacağıq", - o qeyd edib.